Almaniyanın kriminal polisi “Bavariya” futbol klubunun stadionunda və ofisində axtarışlar aparıb.
Lent.az-ın xəbərinə görə, bu barədə “Bild” nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, prosedurlar rusiyalı milyarder Əlişir Usmanova qarşı çirkli pulların yuyulması işi ilə bağlıdır. O, Münhen klubunun fəxri prezidenti Uli Hönessin tanışıdır və bir neçə dəfə “Allianz Arena”da Çempionlar Liqasında komanda oyunlarına VİP sektora bilet alıb.
“Bavariya” işdə şahid qismində iştirak edir, klub və onun rəhbərliyinin fəaliyyəti araşdırılmır.