Başına 50 milyon dollar qoyulan prezidentdən Trampın  tələbi: “Dərhal ölkəni tərk et”
01 dekabr 2025 13:35 (UTC +04:00)

Başına 50 milyon dollar qoyulan prezidentdən Trampın tələbi: “Dərhal ölkəni tərk et”

0

ABŞ Prezidenti Donald Tramp, Venesuela Prezidenti Nikolas Maduro ilə telefon danışığı apararaq, onun ailəsi ilə birlikdə ölkəsini tərk etməsini tələb edib.

Lent.az xəbər verir ki, Trampa yaxınlığı ilə tanınan ABŞ mətbuatı, Maduronun qlobal amnistiya istədiyini və ordu ilə bağlı tələblər səsləndirdiyini iddia edib. İki tərəfin danışıqlarda hər hansı razılığa gəlmədiyi bildirilib.

Məlumata görə, danışıq zamanı Trump, Maduraya “həyatını xilas etmək üçün Venesuelanı tərk etməsini” deyib. ABŞ Prezidenti, Maduroya deyib ki, ölkəni tərk etməyəcəyi halda anlaşma şansının yox olacaq.

Trampa yaxın ABŞ mediası Fox News, ABŞ Dövlət Departamentinin başına 50 milyon dollar mükafat qoyduğu Maduronun yuxarıda sadaladığımız tələblərinə qarşı tərəfdən sərt reaksiya verildiyini qeyd edib.

Tramp eyni zamanda bunları da deyib: “Maduronun da çox seçimi yoxdur və ordusu çox zəifdir. Eyni anda hər tərəfə səpələnmiş 30 nəfərin ardınca düşə bilməzsiniz, amma düşsəydik siyahının başında mütləq Maduro olardı.”

ABŞ-lı ekspertlərə görə, Maduro və digər hökumət rəsmiləri, indiyə qədər qarşılaşdıqları ən ciddi təhlükə ilə üz-üzədir.

Son məlumatlarda qeyd edilir ki, Maduro 18 aydan sonra istefa verməyə hazırdır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 288

Oxşar yazılar