Bakıdan "cəhənnəm"ə zəng, ağ donların qara günləri, "biz məhv olduq" - EKSKLÜZİV
18 avqust 2021 16:15 (UTC +04:00)

Bakıdan "cəhənnəm"ə zəng, ağ donların qara günləri, "biz məhv olduq" - EKSKLÜZİV

“Bağlamışam. İşləmir daha salon. İşlədə bilmərəm. Başqa çarəm də yoxdu. Ya bağlamalıyam, ya da ölməli...”

Nəsib deyir bu sözləri. Nəsib Tailor. Əfqanıstanlı, kabilli Nəsib. Bu günlərdə ölkəsində baş verənlər onun da dinc həyatını alt-üst edib. İndi işsizdi. Səbəb isə...

Hə, səbəb isə “Taliban”dı. Əfqanıstanda hakimiyyəti ələ keçirən və özüylə yeni qaydalar gətirən bu radikal qrup.
Gəlinlik paltarı satılan mağazası vardı Nəsibin. Bir-birindən gözəl, bəyaz rəngi bu əlbisələr, çoxlarının xoşbəxt gününün xatirəsini daşıyırdı özündə. Elə Nəsib üçündə xatirə dolu bir məkan idi. Ailəsinə bir parça çörəyi də buranın sayəsində aparırdı. Amma artıq işlətmir buranı. Elə özünün də dediyi kimi gəlinlik salonunu bağlamağa məcbur qalıb:

“Eh, tək mən deyiləm ki. Mənim kimi nə qədər insan indi işsizdir. Bütün qadın geyimi satılan yerləri bağladılar. Necə deyərlər, bazarımız öldü. “Taliban” gəldi və hər şey yenidən təkrarlanır.Cəhənnəmə düşdük sanki. Məhv olduq biz”.

Zaman, 2014-cü ilin aprel ayı.

Məkan, Əfqanıstan, Kabil. 

Hə, 2014-cü ilin aprelində Əfqanıstana ezam olunan Lent.az-ın əməkdaşı Səbuhi Məmmədli Kabilin mərkəzi küçələrindən birində çəkmişdi bu fotonu. Elə oradan yazdığı reportajlardan birində də bu foto yayımlanmışdı. Fotonun üzərinə diqqətlə baxsanız telefon nömrə görəcəksiniz - 0797691057. 7 ildə bu nömrə də dəyişməyib. Əlaqə saxlamaq üçün zəng etdik və Nəsib özü cavab verdi bizə. Səsindəki məyusluğu isə təsəvvür edə bilməzsiniz...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 16878

Oxşar yazılar

Gürcüstanda yarım saata iki zəlzələ  oldu

Gürcüstanda yarım saata iki zəlzələ oldu

20 avqust 2025 , 22:10
Tramp məzuniyyətdən imtina etdi - Şok səbəb

Tramp məzuniyyətdən imtina etdi - Şok səbəb

20 avqust 2025 , 05:50
Avtomobillərdə videoregistrator  və GPS  məcburi olacaq

Avtomobillərdə videoregistrator  və GPS məcburi olacaq

20 avqust 2025 , 04:46
Polis tutuquşu   sayəsində narkoşəbəkəni ələ keçirdi

Polis tutuquşu sayəsində narkoşəbəkəni ələ keçirdi

19 avqust 2025 , 18:54
Həbsdən yayınmaq üçün 4 ilə 3 uşaq doğdu

Həbsdən yayınmaq üçün 4 ilə 3 uşaq doğdu

19 avqust 2025 , 18:10
Avqust ayında ilk qar yağdı  - GÖZLƏNİLMƏZ

Avqust ayında ilk qar yağdı - GÖZLƏNİLMƏZ

19 avqust 2025 , 17:56
Aktrisa  meşədə azaraq öldü

Aktrisa meşədə azaraq öldü

19 avqust 2025 , 17:41
Deputat parlament binasında intihar etdi

Deputat parlament binasında intihar etdi

19 avqust 2025 , 17:27