Türkiyədə 10 yaşlı oğlunu boğub öldürən ata istintaqa inanılmaz ifadə verib.
Lent.az xəbər verir ki, qatil ata oğlunu cənnətə göndərdiyini deyib:
"Mən bu həyatda çox günah işlədim, buna görə cəhənnəmə gedəcəm. Oğlum da böyüyüb günah işləyəcəkdi. Mən oğlumu öldürərək onu cənnətə göndərdim. Öldürməzdən əvvəl bunu ona dedim, üzr istədim və öpdüm".