Azərbaycanlının kosmosa uçuşu başladı
08 iyun 2024 19:13 (UTC +04:00)

Azərbaycanlının kosmosa uçuşu başladı

Aralarında astronavt Tuva Cihangir Ataseverin də olduğu "VSS Unity" suborbital vasitəsini daşıyan təyyarə Nyu-Meksikodakı Kosmos limanından havaya qalxıb.

Lent.az Türkiyə mediasına istinadla bildirir ki, ölkənin ikinci astronavtı Tuva Cihangir Ataseverin də yer alacağı “Virgin Galactic”in "VSS Unity" suborbital vasitəsini daşıyan təyyarə yerli vaxtla saat 08.30-da Nyu Meksikodakı Kosmos limanından havaya qalxıb.

Çiynində Türkiyə və Azərbaycanın bayraqları ilə kosmosa uçan Ataseverin təxminən 3 dəqiqəlik sərbəst düşmə mərhələsində mikroqravitasiya mühitində 7 elmi təcrübə həyata keçirməsi planlaşdırılır.

Elmi missiya yerinə yetirəcək Ataseverin üzərindəki astronavt kostyumu 3 təcrübə üçün avadanlıq daşımaq üçün xüsusi olaraq düzəldilib.

"BEACON" adlı beyin görüntüləmə təcrübəsinin bir hissəsi olaraq, Atasever uçuşun bütün mərhələlərində yaxın infraqırmızı spektroskopiya ölçmə cihazını başında daşıyacaq.

Qeyd edək ki, astronavt Atasevərin anası azərbaycanlıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2346
avatar

Oxşar yazılar

Dron uçuran turist 12 min dollar cərimələndi

Dron uçuran turist 12 min dollar cərimələndi

27 iyul 2024 , 00:09
Dünyanın ən hündür  tuneli tikiləcək

Dünyanın ən hündür tuneli tikiləcək

26 iyul 2024 , 17:36
Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

25 iyul 2024 , 22:47
Həkim yeni doğulan körpəni oğurladı

Həkim yeni doğulan körpəni oğurladı

25 iyul 2024 , 18:54
ABŞ-da bir kişini 100 ildir axtarırlar

ABŞ-da bir kişini 100 ildir axtarırlar

25 iyul 2024 , 16:31
Şagirdi ilə yatan  müəllim işdən qovuldu

Şagirdi ilə yatan müəllim işdən qovuldu

25 iyul 2024 , 13:42
Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT:  72 nəfər tutuldu

Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT: 72 nəfər tutuldu

25 iyul 2024 , 09:40
Rusiyada Mi-28 helikopteri  qəzaya uğradı -YENİLƏNİB

Rusiyada Mi-28 helikopteri qəzaya uğradı-YENİLƏNİB

25 iyul 2024 , 08:35