Azərbaycanlı milyonçu Telman İsmayılovun Moskvada yerləşən “Safisa” şadlıq sarayı satışa çıxarılıb.
Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, İsmayılovun müxtəlif banklara olan borclarına görə satışa çıxarılan “Safisa”ya 960 milyon rubl qiymət qoyulsa da, real alıcı tapılmayıb.
Məlumata görə, növbəti hərrac bir müddət sonra keçiriləcək.
Hazırda növbəti hərrac üçün obyektin qiyməti təxminən 100 milyon rubl qədər endirilib.