Marşal adaları məhkəməsi azərbaycanlı milyarder Fərhad Əhmədovun “Luna” adlı yaxtasının müsadirə edilməsi barədə qərar çıxarıb. Lent.az-ın Bloomberg-ə istinadən məlumatına görə, qərara əsasən hazırda Dubay limanında dayanan “Luna” onun keçmiş xanımı Tatyana Əhmədovaya verilir.
Əhmədov “Luna”nı 2014-ci ildə başqa bir rusiyalı oliqarx Romana Abramoviçdən almışdı. “Luna” istənilən en dairəsində üzməyə uyğunlaşdırılıb. Bu yaxta Atlantik okeanını əlavə yanacaq götürmədən üç dəfə o tərəf-bu tərəfə üzə bilir. Onun hər bir mühərriki 5 min at gücündədir. “Luna”da isə 7 belə mühərrik var. Onun generatorları 17 min əhalisi olan bir Avropa şəhərini tam təchiz etməyə bəs edəcək qədər elektrik enerjisi istehsal edir. Bundan başqa, Yaxtanın sutəmizləyici qurğusu isə sutka ərzində 45 ton dəniz suyunu içməli suya çevirmək imkanındadı.
Xatırladaq ki, 2018-ci ildə Fərhad və Tatyana cütlüyü boşanarkən London məhkəməsi azərbaycanlı milyarderdən arvadına 600 milyon dollar təzminat ödəməsi barədə qərar çıxarmışdı. “Luna”nın müsadirəsi də bu işlə bağlıdır.