Azərbaycanlı 20 ildən sonra həbs edildi: Sürücülük vəsiqəsi almaq istəyirmiş
09 iyul 2021 10:48 (UTC +04:00)

Azərbaycanlı 20 ildən sonra həbs edildi: Sürücülük vəsiqəsi almaq istəyirmiş

Rusiyanın Buryatiya Respublikasında Azərbaycan vətəndaşı saxlanılıb.

Lent.az-ın yerli KİV-ə istinadən xəbər verir ki, o, öz həmyerlisini qətlə yetirməkdə günahkar bilinir. 

Məlumata görə, 2001-ci ilin mayında öz yerlisinin evinə gedən həmin şəxs mübahisə zəminində onu öldürüb. 

Bundan sonra Sverdlovsk vilayətinə qaçan qatil saxta sənəd əldə edərək uzun müddət orda gizlənib. O, sürücülük vəsiqəsi almaq istəyərkən ələ keçib.

İlkin dindirmə zamanı isə qətli törətdiyini etiraf edib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3174
avatar

Səbuhi Sədəf

Oxşar yazılar