Almaniyada polisdən qaçan Tesla avtomobili təhlükəli vəziyyət yaradıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, hadisə Bavariya vilayətində Bamberq şəhərində baş verib. Sürücü Teslanı avtopilot vəziyyətə gətirib və yatıb. Bu zaman polis avtomobilə saxla əmri verib.
Lakin sürücü yatdığı üçün avtomobil dayanmayıb. Beləcə avtopilotda olan maşın 15 dəqiqə polisdən qaçıb. 15 dəqiqə sonra sürücü oyanıb və nəqliyyat vasitəsini kənara çəkib.
Sürücünün narkotik vasitənin təsirində olduğu iddia olunub. Onun sürücülük hüququ məhdudlaşdırılıb.