ABŞ-ın Viskonsin şəhərində sürücü avtomobili kütlənin üzərinə sürüb.
Lent.az-ın xəbərinə görə, nəqliyyat vasitəsi Yeni illə bağlı tədbirə yığışan insanları əzib.
Polisin məlumatına görə hadisə nəticəsində 20-dən çox adam xəsarət alıb. Həlak olanlar barədə dəqiq məlumat yoxdur.
Polis hadisənin törədildiyi avtomobili tapıb, sürücünün şəxsiyyəti müəyyən edilib. Bu gün şəhərin məktəblərində dərs olmayacaq. Hadisə baş vermiş küçə isə istintaq bitənədək bağlı qalacaq.