Rusiyada qiyməti 1 milyard rubldan çox olan “Bugatti” avtomobili satışa çıxarılacaq.
Lent.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə Avito Auto platforması məlumat yayıb.
Yürüş məsafəsi 600 km olan 2021-ci il istehsalı “Bugatti Divo” 8.0 AMT-nin satışı ilə bağlı məlum olub. Hiperkar 1500 at gücü olan səkkiz litrlik W16 mühərrikinə malikdir.
Qeyd olunur ki, bu modelin cəmi 40 nüsxəsi var və adı çəkilən avtomobili 1,12 milyard rubla (təxminən 21 milyon 392 min manat) almaq olar.