Boliviyanın Koçabamba departamentində sərnişin avtobusunun dağ yolunda dərəyə aşması nəticəsində 11 nəfər ölüb, 7 nəfər yaralanıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.
İlkin məlumatlarına görə, qəza saat 3.00 radələrində baş verib.
“Kami 16 iyul” həmkarlar ittifaqına məxsus avtobus “Kami Mining Company”nin işçilərini daşıyırmış.
KİV-in məlumatına görə, sərnişinlər arasında şirkət rəhbərləri də olub.