Avropanın hərbi xərclərinin çoxu bu ölkəyə gedirmiş - STOLTENBERQ AÇIQLADI
17 iyun 2024 20:46 (UTC +04:00)

Avropanın hərbi xərclərinin çoxu bu ölkəyə gedirmiş - STOLTENBERQ AÇIQLADI

Avropa ölkələrinin müdafiə xərclərinin üçdə ikisi ABŞ-yə yeni sifarişlərə gedir ki, bu da son iki ildə 140 milyard dollar təşkil edib.

Lent.az "Independent"-ə istinadən xəbər verir ki, bunu Vaşinqtonda Vudro Vilson Mərkəzində çıxışı zamanı NATO-nun baş katibi Yens Stoltenberq deyib.

“Bu gün NATO-nun 20-dən çox ölkəsi müdafiəyə 2%-dən çox pul xərcləyir. Və bu pulun böyük hissəsi ABŞ-yə gedir. Son iki ildə bu vəsaitin üçdə ikisi ABŞ-dakı hərbi sifarişlərə yönəldilib, onların həcmi təxminən 140 milyard dollar təşkil edib”, - Stoltenberq qeyd edib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3384
avatar

Oxşar yazılar