Avropanın ən böyük Atom Elektrik Stansiyası Enerqador təhlükədədir.
Lent.az xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin müşaviri Anton Geraşinko məlumat verib. Onun dediyinə görə, hazırda elektrik stansiyasının yanında döyüşlər gedir.
“Düzdür, onlar reaktorun beton təbəqəsini dağıda bilməyəcəklər. Amma transformatoru, turbinləri və digər qurğuları zədələyə bilərlər. Bu isə Çernobıl və Fukusima atom elektrik stansiyalarında baş verən qəza kimi böyük fəlakətlərə səbəb ola bilər”.
Geraşinkonın bildirdiyinə görə, həmin Atom Elektrik Stansiyasını Ukraynanın Milli Qvardiyasının döyüşçüləri qoruyur.