Avropada meşə yanğınları: Avtomobil və dəmir yolları bağlandı
08 avqust 2022 00:56 (UTC +04:00)

Avropada meşə yanğınları: Avtomobil və dəmir yolları bağlandı

İtaliya və İspaniyada meşə yanğınları davam edir.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, İtaliyanın şimal-şərqində-Sloveniya sərhədinə yaxın ərazidə yenidən yanğın baş verib.

Yanğın güclü külək səbəbindən sürətlə böyüyərkən bölgədən keçən A4 magistral avtomobil yolunun ikitərəfli bağlanmasına səbəb olub.

Trieste-Venesiya dəmir yolu xəttində də nəqliyyatın hərəkəti dayanıb.

Yanğına nəzarət etmək üçün havadan 2 helikopter və 1 təyyarə müdaxilə edib.

Carso bölgəsində bir neçə həftə əvvəl baş verən yanğını söndürmək də çətin olub.

Yanğın səbəbindən bölgədəki malikanələrin bəzilərinin boşaldıldığı bildirilib.

İspaniyanın “El Pais” qəzetinin xəbərinə görə, ölkənin şimal-qərbindəki Qalisiya bölgəsində 7 ərazidə baş verən yanğınların söndürülməsi üçün işlər davam edir.

Bölgədə, xüsusən də Boiro şəhəri ətrafında 700 düşərgə evakuasiya edilib.

Bildirilib ki, Boiro və ətrafında təxminən 2000 hektar ərazi yanıb, buradakı yanğın hələ də nəzarət altına alınmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1650
avatar

Oxşar yazılar