Avropada  isti havada   ölənlər artır
21 iyul 2022 02:00 (UTC +04:00)

Avropada isti havada ölənlər artır

0

Avropada isti hava səbəbindən ölənlərin sayı artır.

Lent.az xəbər verir ki, qoca qitənin bir çox ölkələrində havanın temperaturu 40 dərəcəyə çatıb.

Portuqaliyada iyulun yeddisindən indiyə qədər isti havadan ölənlərin sayı 1065 nəfərə çatıb.

Temperaturun kəskin artması ilə yaxın günlərdə ölü sayının artacağı istisan edilmir.

Rəsmilər isti havanın səbəb olduğu 13 bölgədə yanğın olduğunu bildirib. Yanğının yaşayış məntəqələrinə doğru irəlilədiyi deyilir.

İspaniyada isə 10 gündür davam edən isti və quraq havada 500 adam həyatını itirib.

Kəskin isti havanın müşahidə olunduğu digər ölkə isə Almaniyadır.

Ötən gün qeydə alınan 40 dərəcə temperatur ən isti gün kimi qeydə alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1699

Oxşar yazılar