Avropa İttifaqında vaksin sertifikatının  müddəti uzadıldı
14 iyun 2022 03:12 (UTC +04:00)

Avropa İttifaqında vaksin sertifikatının müddəti uzadıldı

Avropa Parlamenti və Aİ-yə üzv ölkələr koronavirus əleyhinə vaksin sertifikatının müddətinin 2023-cü ilin iyununadək uzadılmasını qərara alıb.

Lent.az “Figaro”ya istinadla xəbər verir ki, bu sənəd koronavirusun yeni ştamları ortaya çıxacağı təqdirdə Avropa vətəndaşlarının Şengen zonasında sərbəst hərəkətinə imkan verəcək. 

Avropada peyvənd olunma, yaxud xəstəlikdən sağalmaya dair vahid sanitar sənəd haqqında qayda 1 iyul 2021-ci ildə tətbiq edilib.

Qaydanın vaxtı 30 iyunda başa çatacaq. Avropa Komissiyası fevral ayında qaydanın vaxtını uzatmağı təklif edib.

Deputatlar bilsdiriblər ki, qitədə epidemioloji vəziyyət hər an dəyişə bilər. Lakin rəqəmli vahid Covid-19 pasportu vətəndaşların sərbəst hərəkətinə imkan verəcək. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1218
avatar

Oxşar yazılar