Anasını öldürərək yedi, 15 illik həbs olundu - Tükürpədən QƏTL
17 iyun 2021 07:58 (UTC +04:00)

Anasını öldürərək yedi, 15 illik həbs olundu - Tükürpədən QƏTL

İspaniyada anasını öldürərək, onun qalıqlarını yeyən cani 15 il həbs cəzasına məhkum edilib.

Lent.az xəbər verir ki, bu barədə “BBC” məlumat yayıb.

2019-cu ildə anasının qalıqları onun evinin yaxınlığında plastik qablarda polis tərəfindən aşkar edildikdən sonra 28 yaşlı Alberto Sançes Qomes həbs olunub.

Məhkəmə Sançesin qətl zamanı psixi probleminin olması ilə bağlı iddiaları rədd edib. Həmçinin o, qardaşına da 60 min avro təzminat da ödəməli olacaq.

Bildirilir ki, 26 yaşında olan zaman Sançes mübahisə zamanı anasını boğaraq öldürüb. Daha sonra növbəti iki həftə ərzində onun bədənini parçalayaraq yeyib və bir hissəsini itə də yedizdirib.

# 3207
avatar

Oxşar yazılar