Almatı şəhərinin mərkəzində atışma davam edir.
Lent.az yerli KİV-ə istinadən xəbər verir ki, şəhərdəki qatı duman asayiş keşikçilərinin xidmətini çətinləşdirir.
Şübhəli qrupları, asayişi pozmağa cəhd edənlərin axtarılıb tapılmasında şəhər sakinlərinin polislərə kömək etdiyi bildirilib.
Şübhəlilər daha çox parklarda və meydanlarda diqqəti cəlb edirlər.
Xatırladaq ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev təhlükəsizlik qüvvələrinə xəbərdarlıq etmədən atəş açmaq əmri verib. O, həmçinin sakinləri şübhəli vətəndaşların tapılmasına kömək etməyə çağırıb.