Almaniya hökuməti Ukraynaya “RCH-155” haubitsalarının çatdırılmasına razılıq verib.
Lent.az-ın xəbərinə görə, bu barədə “Welt am Sonntag” nəşri məlumat yayıb.
Məlumatda bildirilir ki, hökumət Ukrayna SQ üçün 216 milyon avro dəyərində 18 ədəd RCH-155 haubitsalarının çatdırılmasına razılıq verib.
Kiyev bu silahları “Krauss-Maffei Wegmann” (KMW) şirkətindən almağı planlaşdırır. Alman mətbuatının məlumatına görə, şirkət bu silahı yalnız hökumətdən razılıq aldıqdan sonra istehsal etmək niyyətindədir.