Almaniya Litvada ZENİT-RAKET KOMPLEKSİ   yerləşdirdi
02 aprel 2022 19:28 (UTC +04:00)

Almaniya Litvada ZENİT-RAKET KOMPLEKSİ yerləşdirdi

Almaniya Litvada “Ozelot” özüyeriyən zenit-raket kompleksi yerləşdirib.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə LRT milli radiosuna açıqlamasında Litvanın müdafiə naziri Arvidas Anusauskas məlumat verib.

Nazir bunu dəyişən təhlükəsizlik vəziyyətinə reaksiya olaraq edildiyini vurğulayıb.

“Ozelot” zenit-raket kompleksi NATO-nun ön kəşfiyyat taborunun Yonava bölgəsindəki Rukla hərbi şəhərciyində yerləşdirilib.

Qeyd edək ki, sözügedən alman hava hücumundan müdafiə sistemi hədəfi aşkarlamaq və təyin etmək üçün buraxılış-qurğular və radar avadanlıqlarından ibarətdir.

Sistemin hədəf aşkarlama məsafəsi 20 km-dir. “Stinger” yer-hava raketləri ilə təchiz edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1449
avatar

Oxşar yazılar