Almaniya kansleri Olaf Şolts Rusiyanı imperializmdə ittiham edib.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, o, bunu partiyanın iclasında çıxışı zamanı deyib.
“Biz birbaşa danışmalıyıq: Rusiya çox imperialist baxışları rəhbər tutaraq Ukraynaya hücum etdi, Rusiyanın Ukraynaya qarşı aqressiv müharibəsi ərazini ələ keçirmək məqsədi daşıyır”, - Şolts deyib.

Kansler Almaniyanın belə bir mövqeyi qəbul etmədiyini vurğulayıb:
"Biz bunu qəbul edə bilmərik və etməyəcəyik. Vəziyyət ciddi və çox, çox təhdidedicidir".