Nyu-Yorkda bir kişi bıçaqla dörd ailə üzvünü öldürüb.
Lent.az xəbər verir ki, bu barədə “The New York Post” məlumat yayıb.
Hadisə yerinə gələn polis əlində çamadan olan şübhəli şəxsi görüb.
Qısa söhbətdən sonra o, bıçağı çıxararaq polislərə hücum edərək onları üz və boyun nahiyəsindən yaralayıb.
Təhlükəsizlik orqanının əməkdaşları hücum edənə atəş açıblar.
O, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.