"Adidas" və "Nike" məhkəmədə qarşılaşacaq
13 iyun 2022 02:47 (UTC +04:00)

"Adidas" və "Nike" məhkəmədə qarşılaşacaq

"Adidas" "Nike"-ı doqquz patentini pozduğuna görə məhkəməyə verir. 

Lent.az xəbər verir ki, bu barədə “Hypebae” nəşri məlumat yayıb.

Şərqi Texasda açılan məhkəmədə “Adidas” iddia edir ki, “Nike” yeni təqdim etdiyi layihəsində şirkətin hüquqlarını pozub.

Belə ki,”Nike's Run Club”, “Training Club” və “SNKRS” proqramlarınının təqdimatı zamanı “Adidas”dan ilhamlanıb.

Həmçinin “Nike Adapt” smart ayaqqabısını təqdim edərkən bəzi detalların “Adidas”dan götürülmdüyü iddiası irəli sürülüb.

“Adidas”dan  bildirilir ki, 2005-ci ildə dünyanın ilk ağıllı qaçış ayaqqabısından ilhamlanılıb..

Bundan əlavə, Nike SNKRS tətbiqinin adidas Confirmed proqramı ilə eyni xüsusiyyətlərə malik olduğu iddia edilir, sonuncusu 2015-ci ilin fevralında, birincisi isə may ayında buraxılmışdır.

Adidasın Nike-dan tələb etdiyi təzminatın dəqiq məbləği məlum deyil.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1899
avatar

Oxşar yazılar