ABŞ hərbçiləri rus həmkarları ilə rabitə kanallarını açıq saxlayırlar və bunu bağlamağa əsas görmürlər.
Lent.az-ın “Ria Novosti”yə istinadla xəbərinə görə, bu barədə Pentaqonun nümayəndəsi Con Kirbi məlumat verib.
“Biz kommunikasiya xətlərinin bağlanması üçün bir əlamət görmürük” – deyə Kirbi vurğulayıb. O, 2 ölkənin müdafiə nazirlərinin bu yaxınlarda əlaqə saxladıqlarını da qeyd edib.