"ABŞ-la “Ukrayna işi” ilə bağlı dialoq aparmaq problemlidir" - Rusiya XİN
13 avqust 2022 12:37 (UTC +04:00)

"ABŞ-la “Ukrayna işi” ilə bağlı dialoq aparmaq problemlidir" - Rusiya XİN

“ABŞ-ın rəsmi Kiyevə təsiri o həddə çatıb ki, Vaşinqton getdikcə Ukraynadakı münaqişənin tərəfinə çevrilir”. 

Lent.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin Şimali Amerika departamentinin direktoru Aleksandr Darçiyev  TASS-a müsahibəsində bildirib.

Darçiyevin sözlərinə görə, Vaşinqtonun Kiyevə təsir dərəcəsi bütün təsəvvür edilən sərhədləri aşır: 

“Genişmiqyaslı hərbi və maliyyə yardımı, həmçinin, Zelenski rejiminə mənəvi dəstəkdən əlavə, amerikalılar getdikcə daha çox münaqişənin birbaşa tərəfinə çevrilirlər”.

O, əlavə edib ki, Ukrayna rəsmiləri hər hansı bir addımı ABŞ qərar qəbuletmə mərkəzlərinin razılığı ilə həyata keçirirlər. Bu səbəbdən diplomatın fikrincə, ABŞ-la “Ukrayna işi” ilə bağlı dialoq aparmaq problemlidir.

Xatırladaq ki, bundan əvvəl Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov bildirmişdi ki, Vaşinqton getdikcə Ukraynadakı münaqişəyə cəlb olunur və Moskva ilə təhlükəli qarşıdurma xəttinə yaxınlaşır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1626
avatar

Oxşar yazılar