ABŞ hipersəs silahlarının yaradılmasını sürətləndirir - NƏHƏNGLƏR TOPLANIR
30 yanvar 2022 02:16 (UTC +04:00)

ABŞ hipersəs silahlarının yaradılmasını sürətləndirir - NƏHƏNGLƏR TOPLANIR

Pentaqonun rəhbəri Lloyd Ostin hipersəs silahlarının hazırlanmasının sürətləndirilməsi məqsədilə nəhəng müdafiə sənayesi şirkətlərinin rəhbərləri ilə görüşəcək.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, dəvət olunanlar arasında “Lockheed Martin”, “Raytheon Technologies”, “Northrop Grumman”, “Boeing”, “Leidos”, “Aerojet Rocketdyne”, “BAE Systems”, “L3Harris” və daha 6 şirkətin nümayəndələri iştirak edəcək.

Danışıqlara L.Ostinin müavini Ketlin Hiksin sədrlik edəcəyi gözlənilir. Pentaqon rəhbəri isə əvvəlcə qısa çıxış edəcək.

Xatırladaq ki, bundan əvvəl Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirmişdi ki, Rusiya Aerokosmik Qüvvələrində “Kinjal” hipersəs raketləri ilə təchis edilmiş “MiQ-31K” qırıcılarından ibarət ayrıca aviasiya polku möbcuddur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1080
avatar

Oxşar yazılar