ABŞ-nin Arizona ştatında bütün yəhudiləri öldürməklə hədələyən 50 yaşlı antisemit Ceffri Mindokun həbs edilib.
Lent.az xəbər verir ki, bu barədə “JewishPress” məlumat yayıb.
O, ravvinə elektron məktublar göndərərək, onu Utah hakimini ona qarşı irəli sürülən ittihamları götürməyə inandırmağa çağırıb.
O, “dünyadakı bütün pisliklərə” görə yəhudiləri günahlandırıb.
Mindokun göndərdiyi məktublardan birində deyilirdi ki, ravvin onun tələbini yerinə yetirməsə və hakimə təsir etməsə, edam olunacaq.
O hesab edir ki, yəhudilər indi ölkədə bütün banklara, məhkəmələrə və mediaya nəzarət edirlər.
ABŞ prokuroru Gary Restaino yəhudi dini liderlərinə və ya ölkədə yaşayan digər insanlara qarşı təhdidlərin qəbuledilməz olduğuna diqqət çəkib. O əlavə edib ki, FTB və digər Amerika təhlükəsizlik agentlikləri şifahi təhdidlərə ciddi yanaşır, çünki insan həyatını qorumaq əsas vəzifədir.