ABŞ 24 avqust Müstəqillik günündə Ukraynaya 3 milyard dollarlıq hərbi yardım paketini açıqlayacaq.
Lent.az-ın xəbərinə görə, bu barədə Associated Press məlumat yayıb.
Məlumatlı mənbə agentliyə bildirib ki, sözügedən məbləğ PUA-lar və digər silahların Kiyevə çatdırılmasına sərf ediləcək. Lakin bu silahlar yaxın 1 ildə döyüş meydanına çıxmaya bilər.
Bundan əlavə, vəsait ukraynalı hərbçilərin təliminə də sərf ediləcək.