Polşa təkcə ona deyil, digər Avropa ölkələrinə də aid olan “Abrams” tanklarına xidmət mərkəzinə çevrilə bilər.
Lent.az-ın PAP agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Polşanın müdafiə naziri Mariuş Blaşçak bildirib.
Nazirin sözlərinə görə, bir neçə həftə əvvəl “Abrams”ı istehsal edən “General Dynamics” şirkətinin idarə heyətinin sədr müavini Varşavada olub.
“Biz Polşada “Abrams” tankları üçün xidmət mərkəzinin yaradılması barədə danışdıq”, - deyə Müdafiə Nazirliyinin rəhbəri bildirib.
Blaşak bildirib ki, söhbət əsasən Polşanın bu tipli tanklarına xidmətdən gedir. Amma digər Avropa ölkələrinə məxsus potensial tanklara da orada xidmət göstərilə bilər. Eyni zamanda nazir xatırladıb ki, ABŞ “Abrams”ın Ukraynaya ötürüləcəyini təsdiqləyib.
"Polşa texniki xidmət mərkəzinə çevrilir və yəqin ki, gələcəkdə həm də Abrams tanklarının istehsalı mərkəzinə çevriləcək", - o deyib.