Yaponiyada müsəlmanlar Qurban bayramını belə qeyd edib
31 iyul 2020 11:24 (UTC +04:00)

Yaponiyada müsəlmanlar Qurban bayramını belə qeyd edib

Yaponiyada müsəlmanlar Qurban bayramını qeyd etmək üçün paytaxt Tokyonun ən böyük məscidi olan"Tokyo"ya toplaşıb.

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, temperaturu ölçülərək məscidə buraxılan insanlara məsafə saxlamaları, maskadan istifadə etmələri və gigiyenik qaydalara əməl etmələri tövsiyə olunub.

Məscidin imamı Məhəmməd  Rüfət Çinar iki dəfə bayram namazı qıldırdıqdan sonra yapon, ərəb, ingilis və türk dillərində xütbələr oxuyub.
Qeyd edək ki, pandemiya səbəbindən fevral ayının sonundan bağlanan "Tokyo" məscidi iyunun əvvəlindən ibadət üçün açılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1825
avatar

Aygün İbrahimli

Oxşar yazılar