Ukraynanın keçmiş xarici işlər naziri saxlanılıdı - SƏBƏB
25 mart 2020 16:45 (UTC +04:00)

Ukraynanın keçmiş xarici işlər naziri saxlanılıdı - SƏBƏB

Ukraynanın keçmiş xarici işlər naziri Leonid Kojara saxlanılıb.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, Ukrayna daxili işlər nazirinin müavini Anton Qeraşenko bildirib ki, L. Kojara evində planlaşdırılmış qətl törətməkdə şübhəli sayılır.

Hazırda sabiq Xarici İşlər naziri məhkəməyə aparılır.

Qeyd edək ki, “Atlantic Group” şirkətinin direktoru 56 yaşlı Sergey Staritskiy bir ay əvvəl L. Kojaranın evində ölüb. Polis öncə intihar versiyasını nəzərdən keçirsə də, daha sonra bunun qətl olduğu üzə çıxıb. Qətldə sabiq nazir şübhəli bilinir.

L. Kojara 2012-2014-ü illərdə Ukraynanın Xarici İşlər naziri olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 606
avatar

Oxşar yazılar