Ukraynada 334 tibb işçisi koronavirusa yoluxub
11 aprel 2020 07:20 (UTC +04:00)

Ukraynada 334 tibb işçisi koronavirusa yoluxub

 

Ukraynada 334 tibb işçisində COVID-19 virusu aşkar olunub.

APA “TASS”-a istinadən xəbər verir ki, bunu Ukraynanın Səhiyyə naziri Maksim Stepanov açıqlayıb.

“Biz 2203 koronavirusa yoluxmuş xəstənin 334-ü səhiyyə işçiləridir. Biz onların şəxsi mühafizəsi üçün gündəlik olaraq avadanlıqlarla təmin edirik”, nazir belə deyib.

Cümə günü Ukrayna Silahlı Qüvvələrinin tibbi bölmələrinin komandanlığı da Ukrayna ordusunda üç yeni koronavirus infeksiyasına yoluxma barədə məlumat verib. Ukraynadakı virusa yoluxan hərbçilərin ümumi sayı 10 nəfərə çatıb, onlardan biri ölüb.

Ümumilikdə, Ukraynada 2203 koronavirus infeksiyasına yoluxma halı qeydə alınıb, onlardan 69 nəfər ölüb, 61 xəstə isə sağalıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1293
avatar

Oxşar yazılar