ÜST koronavirusla bağlı fövqəladə vəziyyət rejimini 3 ay uzatdı
01 avqust 2020 23:47 (UTC +04:00)

ÜST koronavirusla bağlı fövqəladə vəziyyət rejimini 3 ay uzatdı


Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus epidemiyasının uzun müddət davam edəcəyini bildirib.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə şənbə günü ÜST-ün Fövqəladə Komissiyanın iclasında qeyd edilib.

İclasda ÜST nümayəndələri və onların tərəfdaşları koronavirusla bağlı məhdudiyyətlərin - xüsusi rejimin saxlanılması qənaətinə gəliblər. Bu baxımdan təşkilat tərəfindən fövqəladə vəziyyət rejimi üç ay uzadılıb.

Həmçinin iclasda iştirak edən ekspertlər koronavirusla mübarizədə göstərdikləri səylərə görə ÜST-ə və tərəfdaşlarına minnətdarlıqlarını ifadə ediblər.

Fövqəladə komissiya pandemiyanın qarşısının alınması üçün mütləq şəkildə səylərin birləşdirilməsinin vacibliyini qeyd ediblər. Eyni zamanda gəncləri xəstəliyin yayılmasının qarşısının alınması məqsədilə bütün mümkün vasitələrdən istifadə etməyə çağırıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 13537
avatar

Oxşar yazılar