Türkiyədə küçəyə çıxmaqla bağlı qadağanın detalları məlum oldu
21 aprel 2020 04:51 (UTC +04:00)

Türkiyədə küçəyə çıxmaqla bağlı qadağanın detalları məlum oldu

 

Türkiyənin Daxili İşlər Nazirliyi 23-26 aprel tarixlərində Türkiyənin 30 böyük şəhəri və tənəffüs yolu xəstəliklərinə çox rast gəlinən Zonquldakda komendant saatının tətbiqi ilə bağlı sərəncam yayıb.

APA-nın yerli bürosunun xəbərinə görə, nazirlik Türkiyədə 4 gün küçəyə çıxma qadağası ilə əlaqədar 81 vilayətin valilərinə tapşırıq verib.

Sərəncamda bildirilib ki, Ramazan bayramının başlaması ilə əlaqədar 21 və 22 apreldə böyük və kiçik ərzaq mağazalarının iş vaxtı 08:00-23:00 olaraq müəyyənləşib. 23 və 24 apreldə isə həmin marketlər 09:00-14:00 aralığında fəliyyət göstərəcək, vətəndaşlar isə yalnız yaxınlıqdakı marketlərdən istifadə edə biləcəklər. 

Sənədə görə, yalnız un məmulatlarının istehsalı, apteklər, tibb müəssisələri, kənd təsərrüfatı müəssisələri, digər zəruri fəaliyyət göstərən müəssisələr fəaliyyətdə olacaq, digərləri bağlanacaq.

Qeyd edək ki, Türkiyə Prrezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, koronavirusla mübarizə tədbirləri çərçivəsində Türkiyədə 23 aprel Milli suverenlik uşaq bayramı da daxil 4 gün küçəyə çıxılmayacaq, komendant saatı 22 aprel gecə saat 00:00-dan başlanıb, 26 aprel gecə saat 00:00-dək davam edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2171
avatar

Oxşar yazılar