Türkiyədə yeni tip koronovirusdan (COVİD-19) ölüm sayı 168 olub.
APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyə səhiyyə nazziri Fəxrəddin Qoca twitter səhifəsində karonavirus haqqında gündəlik məlumat verən sistemin məlumatlarını paylaşıb.
Nazir yazıb ki, bu gün 37 koronoviruslu xəstə ölüb və son 24 saatda 11535 şübhəli koronovirus analizindən keçib, onlardan 1610-nun cavabı pozitiv çıxıb.
Bununla Türkiyədə koronavirusa yoluxanların sayı 10827-ə çatıb.
Bu infeksiyaya yoluxanlar arasında indiyədək 162 nəfər müalicə olunub.