Türkiyədə koronavirusdan ölüm sayı 9727 nəfərə yüksəldi
25 oktyabr 2020 04:15 (UTC +04:00)

Türkiyədə koronavirusdan ölüm sayı 9727 nəfərə yüksəldi

Türkiyədə son sutka ərzində koronavirusdan (COVID-19) 69  nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

Nazir açıqlamasında qeyd edib ki, son 24 saatda 113 427 şübhəli koronavirus testindən keçib, onlardan 2091-nin cavabı pozitiv çıxıb, 1573 xəstə isə sağalaraq evə buraxılıb. 

Ağır xəstə sayı 1699  nəfər olub.   

Türkiyədə ümumilikdə 359 784 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 9727 nəfər ölüb.

F.Qoca ölüm və ağır xəstə sayının artmasından narahatlığını ifadə edərək bildirib ki, COVID-19-a yoluxmanın 40 faizinə İstanbulda rast gəlinib və nazir 5 gün ərazində İstanbulda gərgin iş rejimində fəaliyyətdə olacaqlarını deyib.  

Qeyd edək ki, nazirin İstanbul Böyük şəhər Bələdiyyə sədri Əkrəm İmamoğlu ilə görüşməsi də nəzərdə tutulmuşdu. Bu gün Ə.İmamoğlunun COVID-19 test nəticəsinin pozitiv çıxdığı səbəbindən görüş təxirə salınıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1027
avatar

Oxşar yazılar