Türkiyə Böyük Millət Məclisinin 35 əməkdaşında koronavirus aşkar olunub.
Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə parlamentin sədri Mustafa Şentop açıqlama verib.
"Ümumillikdə 35 əməkdaşımızda koronavirus testi pozitiv çıxıb. 9 millət vəkilimizin də koronovis testi pozitiv olub. Onlardan 4-nün müalicəsi xəstəxanada aparılır”- sədr vurğulayıb.
Sədr Milli Məclisdə mart ayından bəri 23 min 310 test aparıldığını bildirib.
Onun sözlərinə görə, hər gün koronavirusa görə 500-dən çox test edilir.