Türkiyə koronavirusla mübarizəyə 100 milyard lirə pul ayırır
19 mart 2020 07:14 (UTC +04:00)

Türkiyə koronavirusla mübarizəyə 100 milyard lirə pul ayırır

 

“İqtisadi Sabitlik Qalxanı adlandırdığımız bir paketlə krornavirus infeksiyasının təsirini azaltmaq üçün cəmi 100 milyard lirə pul ayırırıq”.

APA-nın yerli bürosunun məlumatına görə, bunu   koronavirusla (COVİD-19) mübarizə ilə əlaqədar keçirilən xüsusi toplantıdan sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. 

Prezident deyib ki, koronovirusla əlaqədar tədbirlər çərçivəsində fəaliyyətlərini dayandıran işçilərə müvəqqəti gəlir dəstəyi vermək və işəgötürənlərin xərclərinin azaldılması üçün yarımgünlük iş rejimi tətbiq olunacaq. 

Ərdoğan bildirib ki, koronavirus böhranına ən çox məruz qalan qurumlardan biri Türk Hava Yollarıdır ki, bu quruma lazım olan dövlət dəstəyi veriləcək: “Həmçinin daxili hava nəqliyyatında 3 ay üçün ƏDV dərəcəsini 18 faizdən 1 faizə endiririk”.  

Tədbirlər çərçivəsində aprel, may və iyun aylarında otel kirayələrinin asanlaşdırılacağını və otellərin gəlir vergilərinin 6 ay təxirə salınacağını deyən Türkiyə Prezidenti maliyyə axını zəifləyən şirkətlərə kredit borcları və faiz ödənişlərinin minimum 3 ay təxirə salınacağını, lazım olduqda əlavə maliyyə dəstəyi veriləcəyini vurğulayıb. 

Ərdoğan koronavirusla mübarizədə türk lirəsinin məzənnəsini qorumaq üçün Türkiyənin böyük müqavimət göstərdiyini deyib: “28 fevral-16 mart tarixində Hindistan birjası 18, ABŞ 21, İngiltərə 22, Almaniya 26 və İtaliya 32 faiz itki verdiyi halda, bizim itkimiz 17 faiz olub”.

Prezident onu da vurğulayıb ki, koronavirus infeksiyası ilə əlaqədar bütün dünya yeni bir dövrə qədəm qoyur və Türkiyə bu mərhələdən uğurlu keçməsi üçün fəaliyyətini artıracaq: “Peyğəmbərimiz vəba olan yerə gedilməməsini, vəba olan yerdən çıxılmamasını tövsiyə edib. Tədbirlərə bu dönəmdə həssaslıqla yanaşsaq, 3 həftə evdə qalma müddətinə əməl edə bilərik”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1054
avatar

Oxşar yazılar