Türkiyənin Quru Qoşunlarının keçmiş komandanı Aytaç Yalman koronavirusa yoluxub və dünyasını dəyişib.
Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, A.Yalmanın həyat yoldaşı da virusa yoluxub və hazırda müalicə olunur.
A.Yalman 80 yaşında olub. Yoluxmadan sonra xəstəxanada aparılan müalicələrə baxmayaraq dünyasını dəyişib.
Qeyd edək ki, hazırda Türkiyədə 98 nəfər yeni növ virusa yoluxub, iki nəfər ölüb.