Trampın koronavirusa yoluxmasından depressiyaya düşən fermer öldü
15 oktyabr 2020 12:46 (UTC +04:00)

Trampın koronavirusa yoluxmasından depressiyaya düşən fermer öldü

ABŞ prezidenti Donald Trampa tanrı kimi ibadət edən hindistanlı fermer Bassa Krişna ölüb.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, fermerin ölümünə səbəb Donald Trampın koronavirusa yoluxmasından depressiyaya düşərək yeməkdən imtinası olub.

Doğmalarının verdiyi xəbərə görə, Bassa Krişnanın ürəyi dayanıb. 

Digər iddiayaa görə, fermerin ölümünə yeməkdən imtinasının səbəb olduğunu təsdiqləyən fakt yoxdur. 

“40 yaşı olmayan kişi hamını Trampın sağalması üçün dua etməyə çağırırdı”, - məlumatda vurğulanır. 

Fermer öz həyətində Trampın şərəfinə bir məbəd tikdirərək onun sayəsində şöhrət qazanmışdı. Krişna müqəddəs yerdə Amerika liderinin heykəlini quraşdırıb və hinduizmin tələblərinə uyğun olaraq ona qurban kəsirdi.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 646
avatar

Oxşar yazılar