Ötən gün ABŞ Prezidenti Donald Trampın keçirdiyi brifinqi yarımçıq dayandırmasının təfərrüatları məlum olub.
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə “Associated Press” məlumat yayıb.
Bildirilib ki, buna səbəb Merilend sakini 51 yaşlı Basil Berrimanın şübhəli hərəkətləri olub. O, brifinq başlayandan sonra Ağ Evin yaxınlığında insanları öldürməklə hədələyib.
Berriman üzərində silah olduğunu deyərək, ABŞ Təhlükəsizlik xidmətinin əməkdaşına tərəf yaxınlaşıb, eyni zamanda insanları öldürməklə bağlı fikirlər səsləndirib.
Təhlükəsizlik xidmətinin zabiti Berrimanı vurmağa məcbur olub. Güllə yarası alan şübhəli xəstəxanaya yerləşdirilib.
Lakin onun üzərində hər hansı bir odlu silahın olduğunu sübut edəcək dəlilin tapılması ilə bağlı məlumat verilməyib.
Hadisə baş verən an mühafizəçilər prezidentin təhlükəsizliyini təmin etmək məqsədilə ona yaxınlaşaraq, idarə rəisinin müşayiəti ilə salonu tərk ediblər. Sonradan geri qayıtdıqdan Tramp hadisə barədə jurnalistlərə məlumat verib.