Suriya elektrik enerjisiz qalıb.
APA-nın məlumatına görə, Suriya dövlət televiziyası ölkənin elektroenergetika naziri Züheyra Harbutluya istinadən xəbər verir ki, bu gün səhər Dəməşq əyalətində Ərəb qaz kəmərində partlayış törədilib.
Nəticədə Suriyanın bütün ərazisində elektrik enerjisi kəsilib.
Suriya hakimiyyəti hadisənin terror aktı olduğunu açıqlayıb.