Suriyada terror nəticəsində Türkiyənin bir hərbçisi şəhid olub
13 mart 2020 04:06 (UTC +04:00)

Suriyada terror nəticəsində Türkiyənin bir hərbçisi şəhid olub

 

Türkiyənin Suriyadakı “Barış bulağı” hərəkatı bölgəsində Türkiyənin bir hərbçisi şəhid olub. 

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Şanlıurfa Valiliyi məlumat yayıb. 

Məlumatda bildirilib ki, Suriyanın Rəsulayn yol nəzarəti nöqtəsində PKK/PYD/YPG terör təşkilatı üzvləri bomba dolu avtomobillə etdiyi hücum nəticəsində partlayış baş verib. Nəticədə Türkiyə Jandarma Qüvvələrinin bir çavuşu ilə yanaşı, 3 Suriya vətəndaşı da ölüb. Terror aktında 3-ü Türkiyə ordusundan, 7-si yerli vətəndaş olmaqla 10 nəfər yaralanıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 833
avatar

Oxşar yazılar