Səudiyyə Ərəbistanının havadan müdafiə qüvvələri “Ənsar Allah” (Husilər) Yəmən terror qruplaşması tərəfindən atıldığı iddia edilən 2 raket Ər-Riyad şəhərini üzərində vurulub.
APA TASS-a istinadən xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.
Şahidlərin sözlərinə görə, krallığın paytaxtında güclü partlayış səsi eşidilib. Baş verənlərin təfərrüatları dəqiqləşdirilir.
Daha bir raketin Səudiyyə Ərəbistanının Yəmənlə sərhədi yaxınlığında yerləşən Cizan şəhəri üzərində vurulduğu bildirilir.
Hər iki hava hücumunun nəticələri barədə məlumat verilməyib.