Sinir hüceyrələrini tamamilə əvəz edən MİNİATÜR ÇİP hazırlandı
05 dekabr 2019 19:16 (UTC +04:00)

Sinir hüceyrələrini tamamilə əvəz edən MİNİATÜR ÇİP hazırlandı

Böyük Britaniyanın Bat Universitetinin alimləri tərəfindən hazırlanmış yeni miniatür çipin özəlliyi insanın sinir hüceyrələrinin işini tamamilə təkrarlamasıdır.

Lent.az “ictnews”a istinadla xəbər verir ki, alimlər gələcəkdə onurğa beyninin bərpası və ürək çatışmazlığının müalicəsində belə mikrokontrollerlərdən istifadə etməyi planlaşdırırlar.

Miniatür çipdə beyinlə əlaqə yaradılması üçün cavabdeh olan hippokamp neyronlarının və tənəffüs neyronlarının işini imitasiya edən bir neçə yaddaş bölməsi var. Çiplər real bioloji hüceyrələrdə elektrik impulsları üçün cavabdeh olan bir sıra sintetik ion kanalları ilə təchiz edilib.

Laboratoriya siçovulları üzərində bir sıra tədqiqatlar keçirmiş alimlər süni sinir hüceyrələrinin bioloji hüceyrələrə reaksiyasını uğurla simulyasiya etməyə müvəffəq olublar. Gələcəkdə mütəxəssislər onurğa beyin zədələrindən, alsqeymer xəstəliyindən əziyyət çəkən pasiyentlərin sağalmasına kömək edəcək sinir sistemi hazırlamağı planlaşdırır.

# 1595
avatar

Oxşar yazılar

“Mercedes” qalmaqaldan qurtuldu

“Mercedes” qalmaqaldan qurtuldu

28 aprel 2024 , 17:10
Stallone memuar yazır

Stallone memuar yazır

28 aprel 2024 , 16:10
Türkiyədə İŞİD-ə qarşı əməliyyat-Saxlanılanlar var

Türkiyədə İŞİD-ə qarşı əməliyyat-Saxlanılanlar var

28 aprel 2024 , 14:16
Yenə Quran yandırıldı

Yenə Quran yandırıldı

28 aprel 2024 , 13:24
TikTok Baydeni uduzdura bilər

TikTok Baydeni uduzdura bilər

28 aprel 2024 , 10:03
Bu ölkədə qumardan asılılığa qarşı mübarizə aparılır

Bu ölkədə qumardan asılılığa qarşı mübarizə aparılır

28 aprel 2024 , 09:26
Rusiyada zəlzələ  baş verdi

Rusiyada zəlzələ baş verdi

28 aprel 2024 , 08:22
Polis 100-dən çox fəalı SAXLADI

Polis 100-dən çox fəalı SAXLADI

28 aprel 2024 , 05:20