Sevdiyi qızı vermədilər, 6 ayda 212 kilo arıqladı
07 avqust 2020 19:32 (UTC +04:00)

Sevdiyi qızı vermədilər, 6 ayda 212 kilo arıqladı

Türkiyənin Zonquldaq vilayətində həddindən artıq köklüyü evlənməsinə mane olan 22 yaşlı Akın Türkoğlu 6 ayda 212 kiloqram arıqlayaraq 84 kiloqram olub.

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sevdiyi qızın ailəsi bu evliliyə razı olmayınca, A.Türkoğlu əzm nümayiş etdirib. Hər gün 25 kilometr piyada yol getdiyini açıqlayan Akın, 7 yaşından etibarən həddindən artıq çox yemək yeməyə və sürətlə kilo almağa başlayır. Qısa zamanda 296 kiloqram çəkiyə sahib olan gənc oğlan sevdiyi qızla bu səbəbdən evlənə bilmir, yəni ailə buna razı olmur.

Artıq çəkisi səbəbindən yeriməkdə  çətinlik çəkən A.Türkoğlu sevdiyi qızın məzuniyyət gecəsində kostyum dəsti geyə bilmək üçün arıqlamağa qərar verir və 6 ay ərzində piyada yerimək, sadəcə su və şorba ilə qidalanmaqla 212 kiloqram arıqlayıb.

6 aydır avtomobilindən istifadə etmədiyini deyən gənc oğlan bundan sonra da hər gün piyada gəzəcəyini deyib. Heç bir dietoloqun yardımından istifadə etmədən arıqlayan Akın çəki atmaq istəyənlərə bol-bol gəzməyi və su içməyi tövsiyyə edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7891
avatar

Aygün İbrahimli

Oxşar yazılar