Serbiyada koronavirusla əlaqədar komendant saatı tətbiq edilib
18 mart 2020 06:30 (UTC +04:00)

Serbiyada koronavirusla əlaqədar komendant saatı tətbiq edilib

 

Serbiya Nazirlər Kabineti koronavirus infeksiyasının yayılması ilə əlaqədar ölkədə komendant saatının tətbiq edilməsi barədə qərar qəbul edib.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə ölkə prezidenti Aleksandar Vuçiç açıqlamasında deyib.

“Axşam saat 20:00-dan səhər saat 05:00-dək bütün vətəndaşların küçələrdə gəzməsi qadağan olunur. Serbiya ordusu bütün sərhədlərə, xəstəxanalara, miqrasiya mərkəzlərinə nəzarəti öz üzərinə götürür. Ordu silahlı olacaq”, - deyə prezident bildirib.

Nazirlər Kabineti şəhərlərdə 65 yaşdan yuxarı, kəndlərdə isə 70 yaşdan yuxarı şəxslərin küçəyə çıxmasına qadağa tətbiq edib: “Sabah – 18 mart tarixində saat 10:00-dan etibarən 65 yaşdan yuxarı, kəndlərdə isə 70 yaşdan yuxarı insanların küçəyə çıxması tamamilə qadağan olunur”.

Qeyd edək ki, Serbiyada koronavirusa yoluxanların sayı 72 nəfərə çatıb, iki nəfər dağır vəziyyətdədir. Ölkə epidemiya ilə mübarizə məqsədilə Rusiya və Çindən kömək istəyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 930
avatar

Oxşar yazılar