Serbiyada koronavirusla əlaqədar fövqəladə vəziyyət rejimi elan olunub
16 mart 2020 06:07 (UTC +04:00)

Serbiyada koronavirusla əlaqədar fövqəladə vəziyyət rejimi elan olunub

 

Serbiya hökuməti koronavirusun yayılması ilə əlaqədar ölkədə fövqəladə vəziyyət rejimi elan edib.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Prezident Aleksandr Vuçiç deyib.

Serbiya Səhiyyə Nazirliyi bazar günü axşam saatlarında ölkədə 48 nəfərin koronavirusa yoluxduğunu açıqlayıb. Hökumət qidanın, qoruyucu vasitələrin və şəxsi gigiyenik vasitələrin qiymətlərini məhdudlaşdırıb. Nazirlər Kabineti, həmçinin 50 nəfərə qədər insanın kütləvi şəkildə toplaşmasını qadağan edib və 65 yaşdan yuxarı vətəndaşların ehtiyac olmadığı müddətdə evdən çıxmamasına dair çağırış edib.

Müdafiə Nazirliyi bazar günü ölkə təhlükəsizliyi üçün təhdid və risklərin qiymətləndirilməsini aparıb və bu barədə rəsmi olaraq Serbiya Prezidentinə məlumat verib. Bu isə konstitusiya əsasında prezidentə təcili tədbirlər görməyə imkan verəcək. Dövlət başçısı bazar günü axşam milli böhran qərargahının rəhbərliyi və Serbiya Patriarxı İrineylə görüşlər keçirib, daha sonra xalqa müraciət edib: “Qərarda deyilir – biz Serbiyada fövqəladə vəziyyət rejimini elan edirik. Bu rejim elan edildiyi andan, yəni bu dəqiqədən qüvvəyə minir”, - deyə Vuçiç mətbuat konfransında bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 913
avatar

Oxşar yazılar