Rusiyada son sutkada 21 608 nəfər koronavirusa yoluxdu
12 noyabr 2020 11:51 (UTC +04:00)

Rusiyada son sutkada 21 608 nəfər koronavirusa yoluxdu

Rusiyada son sutka ərzində daha 21 608 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 1 858 568 nəfərə çatıb.

Son sutka ərzində 439 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 32 032 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan və Brazilyadan sonra dördüncü yerdə gəlir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10342
avatar

Oxşar yazılar